SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Sabirabad Rəqəmsal İnkişaf” (SİRİ) layihəsinin iştirakçıları ilə görüş keçirildi
Bizim təşəbbüsümüz və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə YAP Sabirabad rayon təşkilatının Təlim Mərkəzində keçirilən “Sabirabad Rəqəmsal İnkişaf” (SİRİ) layihəsinin iştirakçıları ilə görüşdük, gənclərin hazırlıq prosesi ilə maraqlandıq.
Layihə çərçivəsində RİN-nin İKT LAB Mərkəzinin əməkdaşı Heydər müəllim cari ilin 1 may tarixindən başlayaraq hər həftənin 6-cı günləri Sabirabad şəhərinə səfər edərək, 3-cü günləri isə onlayn formada “FrontEnd” istiqaməti üzrə dərs keçir.
Layihənin müddəti 6 aydır və layihənin sonunda iştirakçılar nəticələrinə uyğun olaraq müxtəlif proqramlaşdırma kurslarına (java script, pyton və s.) cəlb ediləcək.
Layihənin əlavə dəyəri ondan ibarətdir ki, məzunlar Sabirabadın rayonunda İKT sahəsinə marağı olan 10-cu və 11-ci sinif şagirdlərinə ödənişsiz proqramlaşdırma dərsləri keçəcəcək. Dərslər şagirdlər üçün ödənişsiz olsa da, layihə çərçivəsində dərs keçən Sabirabadlı məzunlara əməkhaqqı ödəniləcək.
Bununla da Sabirabadda İKT məktəbinin əsası qoyulacaq və gənclərdə rəqəmsal bacarıqların formalaşmasına institusional dəstək veriləcək.
“SİRİ” layihəsinə göstərdiyi xüsusi dəstəyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad müəllimə, təşkilati dəstəyə görə YAP Sabirabad rayon təşkilatının sədri Varisə, layihənin kompüter təminatına verdiyi dəstəyə görə “İTSOL” MMC-nin rəhbəri Elbrus müəllimə təşəkkür edirəm.