MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadlıların Heydər Əliyev sevgisi

18:00 14.06.2020



Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi kimi ilk dəfə Sabirabada 1969-ci ilin avqustunda səfər edib. Heydər Əliyev bir-birinin ardınca 1969-1982-ci illər ərcində 14 dəfə Sabirabad rayonunda olub. Həmin illərdə rayonda Qrup Su kəməri Sistemi qurulmuş, qaz xətti çəkilmiş, möhtəşəm Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Kür çayı üzərində nəhəng körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.

Ümümmilli liderimiz Heydər Əliyev 1998-ci il oktyabrın 4-də Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində Sabirabad rayonu ictimaiyyəti ilə görüşmüş və Qalaqayın çadır şəhərciyində məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub.