MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadlıların Heydər Əliyev sevgisi

11:00 12.12.2021



Bu gün müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyev Sabirabada çox bağlı olub, 15 dəfə səfər edib, Sabirabadın inkişafında onun böyük zəhməti, hər yerində bir xatirəsi var. İstəyirəm ki, gənc və orta nəsil də bu tarixi yaxşı bilsin, həmin xatirələri birbaşa onların canlı şahidlərindən eşitsinlər.
Sabirabad rayon ağsaqqallar şurasının sədri Böyükağa müəllimdən Sabirabad rayon mədəniyyət mərkəzi və Surra körpüsünün tikilmə tarixini eşitmək çox maraqlıdır.
Azərbaycanda pambığın simvoluna çevrilmiş Fatma xanımdan Heydər Əliyev xatirələrini eşitmək insanı çox duyğulandırır. Kimya və Zibeydə müəllimədən rayonda tikilmiş məktəblərin Heydər Əliyevin təşəbbüsü ilə olmasını bilmək çox vacibdir.
Sabirabad camaatı çox zəhmətkeşdir, mehribandır, qədirbiləndir. Ümummilli liderə çox bağlıdır, onun ətrafında həmişə sıx birləşiblər, bu gün də cənab Prezident İlham Əliyevin siyasətinin aktiv dəstəkçiləridir.