MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Xalq yazıçısı Elmira Axundovanın "Əbədiyaşar Məhəbbət" kitabı haqqında

21:24 07.06.2023



 
Biz adətən Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və milli mənafeyimizə həsr etdiyi fəaliyyətindən bəhs edirik. Ancaq o, həm də böyük məhəbbət insanı olub.
 
Heydər Əliyevlə Zərifə Əliyevanın bir-birinə qarşı olan məhəbbəti və hörməti nümunəvi və ibrətamizdir. 
 
2 il ağır xəstəliklə çox mətin və mərd mübarizə aparan Zərifə xanım vəfatından bir gün əvvəl, axşam həyat yoldaşına bir məktub vermişdi. Məktub bu sözlərlə bitirdi: “Məndən ötrü narahat olma, uşaqlara yaxşı bax və həmişə yadında saxla ki, səni çox sevirəm”.
 
Zərifə xanımın vəfatından bir neçə saat sonra isə tibb bacıları Heydər Əliyevə salfet kağızına bükülmüş bir əşya gətirirlər. Heydər Əliyev kağızı açanda toy günü Zərifə xanıma hədiyyə etdiyi kiçik sırğanı görür. Zərifə xanımın yəqin ki, başqa zinət əşyası da olub, ancaq o, həyatının son anlarında belə həyat yoldaşının ona toy günü hədiyyə etdiyi sırğanı taxaraq bu həyatdan köçüb. 
 
Bu, məhəbbətin gücünü ən poetik və emosional etiraflardan da bariz şəkildə ifadə edirdi.
 
İnanıram ki, indi bir-birini dərin məhəbbətlə sevən bu iki dahi insanın ruhları bir biri ilə əbədi qovuşub.
 
Ulu Öndər Heydər Əliyevin “qalstuksuz” həyatı, Zərifə xanımla birgə həyat yolu barədə daha çox öyrənmək üçün sizə xalq yazıçısı Elmira Axundovanın "Əbədiyaşar Məhəbbət" kitabını oxumağı tövsiyə edirəm.