SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Xankəndi ermənilərinin yeganə qurtuluşu İlham Əliyevin şərtlərini qəbul etməkdir” - siyasi şərh
Xankəndi ermənilərinin yeganə qurtuluşu İlham Əliyevin şərtlərini qəbul etməkdir
Xankəndində yaşayan ermənilərin yeganə qurtuluşu Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdir. Prezident Əliyevin şərtləri də həmişə ədalətli və ən düzgün seçim yolu olub.
Eyni zamanda Xankəndində yaşayan ermənilər artıq anlamağa başlayır ki, regionda real və praktiki sülhə yalnız İlham Əliyevin iradəsi ilə nail olmaq olar.
Çünki Xankəndində yaşayan ermənilər anlayır ki, Ermənistan hakimiyyəti və Xankəndindəki qanunsuz rejim onlardan alət kimi istifadə edir, onlar üzərindən hansısa oyunlar aparırlar.
BMT-nın Təhlükəsizlik Şurasının sonuncu iclası da göstərdi ki, bəzi böyük dövlətlər regionda sülhün deyil, yeni münaqişənin tərəfdarıdır. Sadə insanlar başa düşməyə başlayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının iclasında beynəlxalq ədalətin əleyhinə çıxış edən dövlətlər üçün onların rifahı maraqlı deyil. Həmin böyük dövlətlər ya sülhsevər dövlət imitasiyası edirlər, ya da faydasız məyusluğa düçar olmaqla öz vəzifələrini icra edirlər. Ukrayna nümunəsi göz qabağındadır.
Xankəndində yaşayan ermənilər artıq anlayır ki, regionda real güc və söz sahibi İlham Əliyevdir və yalnız ona qulaq asaraq, şərtlərini qəbul edərək praktiki sülhə nail olmaq olar.
Əks halda erməni mətbuatının Xankəndində qanunsuz rejimin qərarına istinadən Ağdam-Xankəndi yolunun açılmasını elan etməsi nonsensdir. Ağdam-Xankəndi yolu İlham Əliyevin iradəsi ilə açılır. Bu da təbiidir.
Digər tərəfdən cari vəziyyətdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki yaşayan ermənilərin özlərinin oradakı qanunsuz rejimi qovması, Ermənistandan və onlardan istifadə etmək istəyən digər qüvvələrdən imtina etməsi mümkündür. İstənilən halda, biz qarşımıza qoyduğumuz bütün hədələrə nail olacağıq. Kimsə istəsə də, istəməsə də.
İnanıram ki, biz Zəngəzur dəhlizindən istifadə edərək Naxçıvana avtomobil və qatarla gedə biləcəyik. Nəyinki Naxçıvana, Qərbi Azərbaycana, Basarkeçərə gedəcəyik, çaylarımızı, bulaqlarımızı görəcəyik. Baba və nənələrimizin məzarlarını ziyarət edib, onları bərpa edəcəyik. Orada da sülh içində yaşacayıq.
Bütün bunlara da məhz İlham Əliyevin dəmir iradəsi ilə nail olacağıq.
Məqaləni dərc edən xəbər saytları:
1. https://demokrat.az/az/news/160533/deputat-xankendi-ermenilerinin-yegane-qurtulusu-ilham-eliyevin-sertlerini-qebul-etmekdir
1. https://demokrat.az/az/news/160533/deputat-xankendi-ermenilerinin-yegane-qurtulusu-ilham-eliyevin-sertlerini-qebul-etmekdir