SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Xızı-Abşeron Külək Elektrik Stansiyası (KES) barədə bir neçə tezis
Cənab Prezident İlham Əliyevin dəfələrlə tarixi hadisə kimi qeyd etdiyi və Gülüstan sarayında açılış mərasimi olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) barədə bir neçə tezisi sizlərlə bölüşmək istəyirəm.
Birincisi tədbirin Gülüstan sarayında keçirilməsinin simvolik mənası var idi. Bildiyiniz kimi, “Əsrin müqaviləsi” də 1994-cü ildə Gülüstan sarayında imzalanmışdı. Bu açılışın da Gülüstan sarayında keçirilməsinin məqsədi külək elektrik stansiyasına verilən yüksək siyasi, iqtisadi və tarixi əhəmiyyətini vurğulamaqdır.
KES Azərbaycanın ən böyük külək elektrik stansiyasiyası (istehsal gücü 240 meqavat) olacaq. Hazırda ölkədə küləkdən enerjinin əldə edildiyi ən böyük stansiya Yeni Yaşma KES-dir, gücü 50 meqavatdır. Yeni stansiya 300 min evin elektrik enerjisi ilə təmin edə bilər. Bununla da 220 milyon kub metr təbii qaza qənaət edilə bilər. Bu Azərbaycanın enerji təhlükəsizliyinə əlavə təminatdır. Ölkəmiz isə həm qənaət edilmiş təbii qazı və ya KES-dən əldə edilən enerjini ixrac edə bilər.
İkinci mühüm məsələ yeni KES-in inşası üçün tələb olunan 500 milyon manatın hamısı xairici enerji şirkəti tərəfindən investisiya edilir. Xarici investor isə Səudiyyə Ərəbistan şirkətidir və dünyanın ən böyük enerji şirkətidir. Bu cür mühüm və strateji məsələdə isə Səudiyyə Ərəbistan təsadüfi seçilməyib. Çünki Səudiyyə Ərəbistan o nadir ölkələrdəndir ki, erməni işğalına görə ümumiyyətlə Ermənistanla diplomatik əlaqə qurmanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, iqtisadi sahədə birgə layihələr icra edilir.
Üçüncüsü isə dünyanın ən böyük enerji şirkətinin ölkəmizdə ən böyük külək elektrik stansiyasının tikintisinə maraq göstərməsi post-müharibə dövründə dünyaya və digər xarici investorlar üçün vacib mesajdır. Bu o deməkdir ki, ölkəmizdə son illər ərzində aparılan islahatlar nəticəsində əlverişli investisiya mühüti var və Azərbaycan etibarlı tərəfdaşdır.
Yeni enerji layihəsi olan KES həm ölkəmizin enerji təhlükəsizliyi, o cümlədən bərpa olunan enerjinin inkişafı, həm də Səudiyyə Ərəbistanla iqtisadi-siyasi əlaqələrin güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.