SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Yol vərəqəsi ilə sürülən avtomobillərin cərimə meydançasına aparılacağı iddiasına - Reaksiya
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov ekspert Ərşad Hüseynovun DYP-nin yol vərəqəsi ilə sürülən avtomobillərin cərimə meydançasına aparıla biləcəyi ilə bağlı fikrini şərh edib.
K.Cəfərov “Qafqazinfo”ya bildirib ki, ekspert Ərşad Hüseynovun İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklə bağlı şərhi ictimaiyyətdə çaşqınlıq yarada bilər:
“Birincisi, dəyişikliyin məqsədi ondan ibarət idi ki, əvvəllər sürücülük vəsiqəsi, etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas fiziki olaraq sürücüdə olmasa idi, bu, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması üçün əsas yaradırdı.
İndi isə qeyd edilən sənədlərin fiziki olması tələb edilmir, yol polisi əməkdaşları bu məlumatları bort kompüterləri vasitəsilə dəqiqləşdirə bilərlər.
İkincisi, Ərşad Hüseynov qeyd edir ki, yol vərəqi nəqliyyat vasitəsinə sahiblik hüququ yaratmır. Bu fikir düzdür, lakin səhv ondan ibarətdir ki, ekspert dəyişikliyi diqqətlə oxumayıb.
Yol vərəqəsi sürücünün müəyyən zaman ərzində müəyyən vəzifələri (tapşırıqları) icra etmək üçün nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəddir. Yəni DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına apara bilməz və aparmayacaq da.
Bu məsələ ilə bağlı Ərşad Hüseynovda yenidən sual yaranarsa, köhnə redaksiyaya diqqət eləsin. Çünki yol vərəqəsi elə köhnə redaksiyadakı “yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” sözləri ilə ehtiva olunurdu. Ona görə o zaman da yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına aparılmırdı. İndi də həmin sözlər qalır.
Qeyd edilən dəyişikliklər onun dediyi kimi, nə gülməli, nə də ağlamalıdır. Məqsəd yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir”.
Məqaləni dərc edən xəbər saytları:
4.https://press.az/az/news/80840